IQNA

19:28 - September 10, 2019
Xəbər sayı: 3485798
Müqəddəs Kərbəlada İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü mərasimində üç milyondan çox Hüseyn zəvvarı iştirak edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü mərasimində iştirak etmək üçün özünü Müqəddəs Kərbəlaya çatdırmış Hüseyn zəvvarları bu gün bu əzəmətli mərasimdə iştirak edərək, İmam Hüseyn(ə)-ın müqəddəs amallarına öz sədaqətlərini və islami birliyin qorunmasını vurğulayıblar.

Bu gün, 2019-cu il sentyabrın onu və 1441-ci hicri qəməri ili məhərrəm ayının onu, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.

Hər il məhərrəm ayında İraqın daxili və xaricindən, o sıradan İrandan milyonlarla zəvvar Tasua və Aşura mərasimlərində iştirak üçün Müqəddəs Kərbəlaya yola düşür.

Ad:
E-poçt:
* Comment: