IQNA

19:41 - September 09, 2019
Xəbər sayı: 3485796
Hüseyn Tasuası gecəsində Azərbaycan Respublikasının məscidləri və dini məkanlarında “Ya, Hüseyn!” və “Ya, Əbəlfəzl” ləbbeyklərinin sədası göylərə ucalıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Hüseyn Tasuası gecəsində Azərbaycan Respublikası xalqının Kərbəla düzünün ələmdarı üçün əzadarlıq etməsi başqa bir əhval-ruhiyyəyə malik olubdur.

“Ya, Əbəlfəzl” sədası göz yaşlarını axıtdı və əzadarlar Kərbəla pəhləvanı, Qəməri Bəni Haşim- Həzrət Əbəlfəzl(ə)-ın rəşadətinin xatirəsinə növhə oxudular, “Ləbbeyk, ya, Hüseyn!” və “Ləbbeyk, ya, Əbəlfəzl” dedilər. Xalqın müxtəlif təbəqələri, qoca, cavan, qadın və kişi- hamı bir nəfər kimi gəlmişdi ki, İmam Hüseyn(ə)-ın həmişəyaşar mədəniyyətinin yüksək amalları ilə beyətini təzələmiş olsun.

 

Ad:
E-poçt:
* Comment: